Bakıda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Bakıda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib Seminar “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda olub
ASK
8 Aprel , 2016 19:51
Bakıda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda bu gün növbəti tədbir Bakı Qida Sənayesi Kollecində keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, təhsil müəssisəsinin müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi