Bakıda "Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi" üzrə seminar keçirilir

Bakıda "Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi" üzrə seminar keçirilir Tədbir aprelin 22-dək davam edəcək
ASK
17 Aprel , 2017 15:21
Bakıda Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi üzrə seminar keçirilir

Bakı. 17 aprel. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi Proqramı”na müvafiq olaraq bu gün Bakıda “Çəyirtkələrin monitorinqi və məlumat mübadiləsi” üzrə seminar işə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələdirmə Ofisinin rəhbəri Mələk Çakmak, FAO-nun beynəlxalq məsləhətçiləri – çəyirtkələr üzrə baş məsləhətçi Aleksandr Laçıninskiy, coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova və DFNX-nin əməkdaşları iştirak edirlər.

Tədbirdə C.Quliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə danışıb və son illər çəyirtkəkimilərə qarşı görülən aqrotexniki və kimyəvi mübarizə tədbirləri barədə məlumat verib. C.Quliyev aparılan mübarizə tədbirləri nəticəsində kənd təsərrüfatı bitkilərinin qorunmasında, adıçəkilən zərərvericilərin zərərsizləşdirilməsində və məhv edilməsində əldə edilmiş müsbət nəticələr barədə danışıb və təlimin kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan çəyirtkəkimilərin idarə edilməsində, erkən xəbərdarlıq və çevik müdaxilə proqnozlarının hazırlanmasında önəmli rol oynayacağını qeyd edib.

Azərbaycanın kənd təsərrüfatı sahəsində güclü potensiala malik olduğunu söyləyən M.Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə məlumat verib. M.Çakmak, bitkilərin zərərvericilərdən qorunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Beynəlxalq məsləhətçi A.Laçıninskiy iştirakçıları təlimin iş planı ilə tanış edib. Seminarda nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verilib.

Qeyd edək ki, aprelin 22-dək davam edəcək təlim sessiyasında zərərverici əleyhinə mübarizə tədbirlərini müasir tələblər səviyyəsinə çatdırmaq üçün çəyitkələrin bioekologiyası, davranış və miqrasiyaları, onların miqdarca tənzimlənməsi məsələləri, monitorinqin əsasları, çəyirtkələrin miqdar və yayılmalarınınqiymətləndirilməsi üsulları, çəyirtkələr üzrə məlumatların standartlaşdırılması, məlumat toplanmasının avtomatlaşdırılması sistemi və çəyirtkələrlə bağlı proqnozların hazırlanması məsələlərinə dair təqdimatlar keçiriləcək. Praktiki vərdişləri aşılamaq üçün zərərvericinin çoxalması mənbələrində tarla təcrübəsi və çəyirtkələr üzrə müasir müayinə üsulları nümayiş olunacaq. Təlim çəyirtkələrə dair statistik informasiyanın daxil olunması üçün interfeys və coğrafi informasiya sistemi məhsullarının yaradılması ilə yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi