Bakıda beynəlxalq arıçılıq konfransı keçiriləcək

Bakıda beynəlxalq arıçılıq konfransı keçiriləcək Tədbir üç gün davam edəcək
ASK
1135
2 Fevral , 2017 12:59
Bakıda beynəlxalq arıçılıq konfransı keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 4-6-da Bakının Novxanı qəsəbəsində III Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək. 

"Report" xəbər verir ki, tədbirdə arıçılarla bərabər müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələrini həyata keçirən ictimai birliklərin nümayəndələriləri iştirak edəcəklər. Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayəndələri Azərbaycan arıçılarını müasir arısaxlama texnologiyaları ilə tanış edəcəklər.

Bundan başqa, bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya Konqresinin Təşkilat Komitəsi və Elmi Şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri konfransda iştirak edəcəklər. Konfransda arıçılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.

Əlavə məlumatı www.konfransari.com internet ünvanından almaq olar.

Son xəbərlər

Orphus sistemi