Bakıda bayram yarmarkası keçiriləcək

Bakıda bayram yarmarkası keçiriləcək Novruz bayramı ərəfsində Bakı şəhərində keçiriləcək yarmarkaların ünvanları açıqlanıb
ASK
12 Mart , 2015 13:02
Bakıda bayram yarmarkası keçiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Martın 14-19-da Bakı şəhərinin bəzi ərazilərində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, yarmarkanın keçirilməsinə məqsəd Novruz bayramı ilə əlaqədar paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı və möhtəkirliyin qarşısının alınmasıdır.

Nazirlik, yarmarkaları Xətai rayonunda Ukrayna dairəsi və "Bakı" kinoteatrının yanında, Nəsimi rayonunda S.Vurğun küçəsi, 73 ünvanındakı "Təzə Bazar"ın ərazisində, Yasamal rayonunda Akim Abbasov küçəsindəki İran klinikasının yanında, Nərimanov rayonunda "Gənclik" metrosunun yanında, Səbail rayonunda Badamdar qəsəbəsindəki Seyran Məmmədov küçəsi,1 ünvanında yerləşən məktəbin arxasında, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsindəki Əhməd Mehbalıyev, 2 ünvanındakı “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və ya hərbi hissənin yanında, həmçinin Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12 ünvanında, Binəqədi rayonunda Dərnəgül qəsəbəsi Koroğlu Rəhimov küçəsi, 53 ünvanında "Elit" Ticarət Mərkəzinin yaxınlığında keçirəcək.

Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulduğu deyilir.

Son xəbərlər

Orphus sistemi