Bakıda "Bayram Qatarı" yarmarkası keçiriləcək

Bakıda "Bayram Qatarı" yarmarkası keçiriləcək Bakı. 1 mart. REPORT.AZ/ Bakıda Bayram Qatarı adlı ilk yarmarka keçiriləcək.
ASK
1 Mart , 2019 20:11
Bakıda Bayram Qatarı yarmarkası keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda "Bayram Qatarı" adlı ilk yarmarka keçiriləcək.

"Report"un məlumatına görə, Novruz bayramı ilə əlaqədar hazırlanmış xeyriyyə yarmarkası Cəfər Cabbarlı meydanında baş tutacaq. Paytaxtın sakinləri və onun qonaqları yarmarkanı martın 15-dən aprelin 15-dək ziyarət edə biləcəklər.

Yarmarkanın təşkilatçısı qismində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə "ADY Əmlak" MMC çıxış edir. "Bayram Qatarı" ildə üç dəfə keçiriləcək.

Yarmarkanın qonaqlarını müxtəlif restoranlar, kafelər, suvenir mağazaları və DJ-lərin iştirakı ilə musiqi müşayiəti gözləyəcək.

Daha ətraflı məlumatı üçün +994 50 320 00 61 nömrəsinə zəng edin.

Son xəbərlər

Orphus sistemi