Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək Tədbirə 150-yə yaxın türk və yerli şirkətlərin nümayəndələri qatılacaq
ASK
20 Fevral , 2017 11:36
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə birgə Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes-forumu keçiriləcək.

"Report" xəbər verir ki, kənd təsərrüfatı sahəsini əhatə edəcək tədbirin fevralın 23-də keçirilməsi nəzərdə tutulub.

Toplantıda Türkiyədə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən 150-yə yaxın şirkət, eləcə də yerli şirkətlər iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi