“Bakı Şampan Şərabları”nın kapitalı azalıb

“Bakı Şampan Şərabları”nın kapitalı azalıb Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,457 mln. manat təşkil edib.“Report” şirkətin maliyyə ...
ASK
19 May , 2017 15:01
“Bakı Şampan Şərabları”nın kapitalı azalıb

Bakı. 19 may. REPORT.AZ/ “Bakı Şəmpan Şərabları” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,457 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,5% azdır.

2016-cı ildə müəssisənin həm cəmi, həm nizamnamə kapitalı 3% azalaraq müvafiq olaraq 7,372 mln. manata və 7,369 mln. manata, cəmi öhdəlikləri isə 33,6% azalaraq 85 min manata düşüb.

Ötən il “Bakı Şəmpan Şərabları”nın gəlirləri və xərcləri əvvəlki ilə nisbətən 2,1 dəfə artıb və müvafiq olaraq 1,33 mln. manat və 1,324 mln. manat təşkil edib. Son nəticədə zavodun illik mənfəəti 5 530 manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə təxminən 4 dəfə çoxdur.

Xatırladaq ki, “Bakı Şəmpan Şərabları” ASC 2002-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi