​Azərbaycanda toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair təlim seminarı keçirilib

​Azərbaycanda toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair təlim seminarı keçirilib Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və toxumçuluq fəaliyyətinin
ASK
17 Sentyabr , 2014 12:57
​Azərbaycanda toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına dair təlim seminarı keçirilib
Bakı. 17 sentyabr.REPORT.AZ/ Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və toxumçuluq fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr edilmiş təlim seminarı keçirilib.

Kənd Təsərrüfat Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında Kənd Təsərrüfatı İcra Komitəsinin bu ilin iyunun 9-11-də Ankara şəhərində keçirilmiş VII iclasının protokolundan irəli gələn məsələlərin müzakirəsi olub. Protokolda təsbit edilmiş müddəalarda Türkiyədə tətbiq olunan toxumun qeydiyyat və sertifikatlaşdırma sisteminə oxşar modelin Azərbaycanda tətbiqi, iki ölkə arasında toxumçuluqla bağlı normativ-hüquqi aktların uyğunlaşdırılması prosesinin sürətləndirilməsi, Azərbaycanda kənd təsərrüfatı bitkiləri toxumçuluğunun Beynəlxalq Toxum Sınağı Assosiasiyası (İSTA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) standartlarına uyğunlaşdırılmasına köməklik göstərilməsi, toxumçuluq fəaliyyətinin və toxum bazarının inkişafına dair əməkdaşlıq edilməsi və bir sıra digər zəruri məsələlər öz əksini tapmışdır. Bu sahədə ekspert dəstəyinin göstərilməsi və tədbirdə iştirak etmək üçün Türkiyədən Bitkiçilik məhsullarının istehsalı Baş İdarəsinin toxumçuluq üzrə dairə rəhbəri Veysəl Kolcu, Türkiyə Toxum Sertifikatlaşdırma Mərkəzinin mühəndisi Həvva Aydoğmuş, Avropa İttifaqı Xarici Əlaqələr Baş İdarəsinin dairə rəhbəri Nur Yılmaz və Türkiyə Toxumçular Birliyinin təmsilçisi doktor Əli Üstün iştirak ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası, Respublika Dövlət Toxum Müfəttişliyinin mütəxəssisləri, Aqrar Elm Mərkəzi və onun struktur tabeliyində olan bitkiçilik istiqamətli Əkinçilik, Üzümçülük və Şərabçılıq, Yemçilik, Çəmənçilik və Otlaqlar, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olan alim və mütəxəssisləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdir müavini İmran Cümşüdov, Respublika Dövlət Toxum Müfəttişliyinin rəis müavini Möhtəsim Əhmədov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi