Şəmkirdə fermerlərə güzəştli şərtlərlə azot gübrəsi satılıb

Şəmkirdə fermerlərə güzəştli şərtlərlə azot gübrəsi satılıb Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca Şəmkir rayonunun Çənlibel kəndində də azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edib.
ASK
18 Mart , 2019 21:29
Şəmkirdə fermerlərə güzəştli şərtlərlə azot gübrəsi satılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca Şəmkir rayonunun Çənlibel kəndində də azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edib. 

"Report" nazirliyə istinadən xəbər verir ki, satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edib 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos, ümumilkdə, 32,450 ton mineral gübrə satılıb. 

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Sabah - martın 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.

Son xəbərlər

Orphus sistemi