"Azersun" şəkər istehsalında yerli xammalı 50%-ə qaldırmaq niyyətindədir

"Azersun" şəkər istehsalında yerli xammalı 50%-ə qaldırmaq niyyətindədir Holdinq dövlətdən də dəstək gözləyir
ASK
7 Oktyabr , 2016 13:35
Azersun şəkər istehsalında yerli xammalı 50%-ə qaldırmaq niyyətindədir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Biz ilin sonunadək şəkər istehsalında yerli xammalı 45-50%-ə qaldırmaq niyyətindəyik. Dövlətdən də bununla bağlı dəstək gözləyirik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Azersun Holding"in prezidenti Abdulbari Goozal deyib.

Onun sözlərinə görə, şirkət məhsullarının yalnız 15%-i yerli məhsuldur.

A.Goozal deyib ki, rəhbərlik etdiyi şirkət "Azərçay" brendini dünyada tanıdıb: "Mən ruhən sosialist, amma əməldə kapitalistəm. Hər zaman zəhmətlə nəyəsə nail oldum. Biz hamımız bir gəmidəyik. O gəmini su alsa, hamımız gedəcəyik. Türkiyədə Turqut Özal deyirdi ki, dollarımız yoxdur. Ona görə də istehsal edib, özümüz yeyəcəyik".

Şirkət rəhbəri deyib ki, duz istehsalı üçün qablaşdırma yerli deyil və bu da onun 25% qiymətini təşkil edir. A.Goozal bildirib ki, əgər duzun qiyməti qalxsa jurnalistlər həyəcan siqnalı verməlidir: "Pomidor (tomat) istehsalında 100% yerli məhsul istifadə olunur. Amma onun da qabı idxal olunur. Gələcəkdə onu da "İnterglas" şirkəti verəcək. Açığı deyim ki, bəzən bu keyfiyyətli olmur".

"Azərsun Holding"in prezidenti vurğulayıb ki, artıq bütün dünyada Azərbaycanın adı tanınır: "Ölkəmiz, rəhbərimiz doğru yoldadır. Biz hamımız qardaşıq. Əl-ələ verib çalışmalıyıq".

Son xəbərlər

Orphus sistemi