Bakı. 28 aprel. REPORT.AZ/ "
Ötən il Masallıda yaradılan bu sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur.
Qeyd edək ki, Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəkdə salınan bu plantasiyada yetişdirilən çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər. Bundan əlavə, "Azersun Holding" ölkəyə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılığı təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə təmin edir.
Holdinq "Heinemann" (Almaniya) şirkəti ilə də müqavilə bağlayıb. Müqaviləyə əsasən, 59 ölkənin hava limanlarında Şirkətlər Qrupunun ticarət nişanı olan "Azərçay" məhsullarının satışı həyata keçiriləcək.