Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsinə dair təlimə cəlb olunacaq

Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsinə dair təlimə cəlb olunacaq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi (AİM), Türkiyənin “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkəti və “Azersun Holdinq” MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.
ASK
18 May , 2022 17:10
Azərbaycanlı mütəxəssislər aqrodronların idarə edilməsinə dair təlimə cəlb olunacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi (AİM), Türkiyənin “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkəti və “Azersun Holdinq” MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, imzalanma mərasimində nazir İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, AKP İstanbul millət vəkili Şamil Ayrım, “Azersun Holdinq”in prezidenti Abdulbari Gözal iştirak ediblər.

Memorandumu AİM-in direktoru Əkbər Abbasov, “Sapmaz” Havacılık və İleri Teknolojiler” şirkətinin rəsmisi Sərdar Sapmaz və “Azersun Holdinq”un kənd təsərrüfatı üzrə direktoru Məhəmməd Gözal imzalayıb. Memoranduma əsasən, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsinin verdiyi icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əldə edilən razılaşmaya əsasən kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında pilotsuz uçuş aparatları ilə təchiz edəcək.

Razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi