Azərbaycanlı fermerlərə verilmiş arayışların müddəti uzadılıb

Azərbaycanlı fermerlərə verilmiş arayışların müddəti uzadılıb Kənd Təsərrüfatı Nazirliyi azərbaycanlı fermerlərə karantin dövründə hərəkətlə bağlı verilmiş arayışların müddətini mayın 4-dək uzadıb.
ASK
21 Aprel , 2020 12:54
Azərbaycanlı fermerlərə verilmiş arayışların müddəti uzadılıb

Kənd Təsərrüfatı Nazirliyi azərbaycanlı fermerlərə karantin dövründə hərəkətlə bağlı verilmiş arayışların müddətini mayın 4-dək uzadıb. 

Bu barədə "Report"a qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov əlumat verib. 

"Bildiyiniz kimi kənd təsərrüfatında və yardımçı sahələrdə çalışan şəxslərin və ümumiyyətlə kənd təsərrüfatında çalışanların karantin dövründə hərəkətinin təşkili ilə bağlı Nazirləri Kabineti aprelin 4-də xüsusi qərar qəbul edib. Qərarın əlavəsi olan təlimatda fermerlərin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması ilə bağlı qaydaları açıqlanıb.Bu qaydalara əsasən fermerin təsərrüfatı öz kəndində yerləşirsə, fermerin təsərrüfatına getməsi sərbəstdir və bunun üçün heç bir xüsusi icazə tələb edilmir: “Olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) – yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə; rayonlar arasında – mexanizator, “Elektron Kənd Təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə, Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin arayışı ilə həyata keçirilir.

Verilmiş arayışlarda aprelin 21-ə qədər qüvvədə olması göstərilir. Lakin ölkədə karantin müddəti mayın 4-ə qədər uzadıldı. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı məsləni diqqətdə saxlayıb və nəticədə Elektron Hökumət icazə portalında fermerlərə aprelin 4-dən bəri verilmiş arayışların müddəti mayın 4-ə qədər artırılıb. Bu gün fermerlərin əlində olan arayışlarda "aprelin 21-ə qədər qüvvədədir" yazılsa da ,sistemdə mayın 4-ü tarixi göstərilir. Bu baxımdan fermerlər narahat olmasınlar. Onların icazə müddəti mayın 4-ə qədər Elektron Hökumət portalında artırılıb", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi