Azərbaycanla İran arasında damazlıq yumurta və cücə idxalı ilə bağlı razılıq əldə olunub

Azərbaycanla İran arasında damazlıq yumurta və cücə idxalı ilə bağlı razılıq əldə olunub Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanla İran arasında damazlıq yumurta və cücə idxalı ilə bağlı razılıq əldə edilib.
ASK
25 Oktyabr , 2018 17:33
Azərbaycanla İran arasında damazlıq yumurta və cücə idxalı ilə bağlı razılıq əldə olunub
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanla İran arasında damazlıq yumurta və cücə idxalı ilə bağlı razılıq əldə edilib.

Bu barədə "Report"a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrdən idxal edilən heyvan və heyvan mənşəli məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verməsi, ixracatçı şirkətin heyvandarlıq təsərrüfatının və istehsal müəssisəsinin ölkəmizin idxal tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İran İslam Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran şəhərində keçirilən növbəti tədbirində Azərbaycanın və İranın müvafiq qurumlarının nümayəndələri arasında razılıq əldə olunub.

İki qonşu ölkə arasında tranzit yükdaşımalar zamanı transsərhəd xəstəliklərlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində müvafiq beynəlxalq tələblərə uyğun olaraq, ixracatçı subyektlərin qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədi ilə birgə fəaliyyətə başlanılıb. Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən İran İslam Respublikasının Gilan vilayətində yerləşən “Morghe Naabe Shomale Gilan Hoirishment Complex” quşçuluq fabrikinin qida təhlükəsizliyi baxımından qiymətləndirilməsi başa çatmış və Təbrizdə yerləşən “Kesht va Sanat va Damparvari Dasht Azenegin” heyvandarlıq kompleksində hazırda qida təhlükəsizliyi baxımından qiymətləndirilmə işləri həyata keçirilir.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Respublikada damazlıq ehtiyaclar nəzərə alınaraq damazlıq yumurta və bir günlük cücələrin İran İslam Respublikasının qeyd edilən müəssisəsindən idxalı barədə razılıq əldə edilib.

Azərbaycana qida məhsulları idxal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi