Azərbaycanla FAO arasında tərəfdaşlığa dair saziş təsdiqlənib

Azərbaycanla FAO arasında tərəfdaşlığa dair saziş təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb
ASK
12 Oktyabr , 2015 19:33
Azərbaycanla FAO arasında tərəfdaşlığa dair saziş təsdiqlənib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

"Report"un məlumatına görə, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi