Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb

Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb Marketinq ili ərzində bu ölkədən 7,8 min ton şəkər idxal edilib
ASK
8 Sentyabr , 2017 11:10
Azərbaycanın Ukraynadan aldığı şəkərin həcmi açıqlanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ukrayna marketinq ilinin (sentyabr-iyul) son ayı ərzində xarici bazarlara 18,3 min ton şəkər tədarük edib. 

"Report" bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, əsas tədarüklər Azərbaycan (7,8 min ton), Türkiyə (5,2 min ton), Gürcüstan (2,5 min ton) və Moldovaya (1,4 min ton) həyata keçirilib. 

"Bütövlükdə, 2016/2017-ci marketinq ili ərzində yerli şəkər istehsalçıları 769,3 min ton (6,8 dəfə çox) şəkər ixrac ediblər. Bu, müstəqillik illəri ərzində rekord göstərici hesab edilir. Belə ki, ötən il ölkədə 112,96 min ton şəkər istehsalı qeydə alınıb",- "Ukrtsukor" assosiasiyasının analitik şöbəsinin rəhbəri Ruslana Butılo bildirib. 

2017/2018-ci marketinq ilində Ukraynada 46 şəkər zavodu işləyəcək. Bu, ötənilki mövsümdən 4 dəfə çoxdur. Ukrayna il ərzində ixrac həcmini 33 dəfə artırıb. 2016-cı ildə məhsulun keyfiyyətinin yaxşılaşdırılması 1 ha sahədən 6,9 ton şəkər götürməyə imkan verib. Bu, 2010-cu ilin göstəricisindən 3 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi