Azərbaycanın üç rayonunda fermerlərə dəyən ziyana görə sığorta ödənişləri ödənilib

Azərbaycanın üç rayonunda fermerlərə dəyən ziyana görə sığorta ödənişləri ödənilib Aqrar Sığorta Fondu Ağcabədi, Samux və Goranboy rayonlarında meyvə bağları, taxıl sahələri və mal-qara üzrə fermerlərə ödənişlər həyata keçirib.
ASK
16 Yanvar , 2025 12:21
Azərbaycanın üç rayonunda fermerlərə dəyən ziyana görə sığorta ödənişləri ödənilib

Aqrar Sığorta Fondu Ağcabədi, Samux və Goranboy rayonlarında meyvə bağları, taxıl sahələri və mal-qara üzrə fermerlərə ödənişlər həyata keçirib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, Ağcabədidə Həbib Hüseynova məxsus alça bağında dolu vurması nəticəsində dəyən zərər üzrə 17 870 manat, Goranboyda Sadiq Abdullayevə məxsus arpa əkini sahəsinə sel-subasma hadisəsi nəticəsində dəyən zərər üzrə 13 791 manat, Nadir Həsənova məxsus alça bağına fırtına hadisəsi nəticəsində dəyən zərər üzrə 17 012 manat, Samuxda isə İlkin Mirzəyevə məxsus iribuynuzlu mal-qaranın yoluxucu xəstəlik nəticəsində dəyən zərər üzrə 3 600 manat sığorta ödənişi verilib.

Son xəbərlər

Orphus sistemi