Azərbaycanın sərhədyanı ərazilərində fitosanitar vəziyyət müzakirə olunub

Azərbaycanın sərhədyanı ərazilərində fitosanitar vəziyyət müzakirə olunub Ölkə ərazisinə Mərakeş çəyirtkəsi və siçanabənzər gəmiricilərin miqrasiyası fitosanitar vəziyyəti mürəkkəbləşdirib
ASK
13 Fevral , 2016 16:38
Azərbaycanın sərhədyanı ərazilərində fitosanitar vəziyyət müzakirə olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) tərəfindən Tərtər şəhərində “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilib.

"Report"un Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə Dövlət Xidmətin yerli qurumları - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşları, bələdiyyə və icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.

DFNX-nin rəisi Camal Quliyev qurumun Rusiya, İran, Gürcüstan və Ermənistandan, o cümlədən işğal altında olan ərazilərdən karantin tətbiq edilən və xüsusi təhlükəli növlərin respublika ərazisinə keçməsi və miqrasiyası problemini təhlil edib. Dövlət Xidməti rəisi faktlarla 2013-2015-ci illərdə Mərakeş, İtaliya və Asiya çəyirtkələrinin ölkə ərazisinə miqrasiyası və təhlükəli miqrasiyaların qarşısının alınması yolları barədə ətraflı məlumat verib.

C.Quliyev həm də işğal altında olan ərazilərdən ölkə ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyasının fitosanitar vəziyyəti mürəkkəbləşdirdiyini bildirib.

Xidmətin rəis müavini vəzifəsini icra edən Yaqub Cəfərov isə “Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzularında məruzə edib və məruzə olunan məsələlərlə bağlı müvafiq müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi