Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı 5 %-ə yaxın artıb

Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı 5 %-ə yaxın artıb Bu il Azərbaycan, Türkmənistan və Tacikistandan Rusiyaya meyvə -tərəvəz məhsullarının tədarükünü artırıb
ASK
18 Avqust , 2021 16:06
Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı 5 %-ə yaxın artıb

Bu il MDB ölkələri Rusiyaya meyvə -tərəvəz məhsullarının tədarükünü artırıb.

“Report” "Rosselxoznadzor" və "Argus-Fito"ya istinadən xəbər verir ki, 10 avqust tarixinə tədarükü əsasən Azərbaycan, Türkmənistan və Tacikistandan artırıb.

Belə ki, hesabat dövründə Azərbaycan Rusiyaya 338,2 min ton meyvə -tərəvəz ixrac edib ki, bu da, illik müqayisədə 4,6 % çoxdur. Türkmənistan 32,7 min ton (93,5 % çox), Tacikistan isə 6,7 min ton (39,6 % çox) meyvə-tərəvəz ixrac edib.

Hesabata əsasən Türkmənistan pomidor tədarükünü əhəmiyyətli dərəcədə - 16,4 min tondan 31,9 min tona və yerkökü tədarükünü 40 tondan 302 tona qədər artırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ərzaq məhsullarının qiymətlərini sabitləşdirmək üçün hökumətə MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq üçün tədbirlər görməyi tapşırmışdı. Bu barədə hesabat sentyabrın 1-nə qədər açıqlanacaq və daha sonra isə rüblük olaraq hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi