Azərbaycanın qida məhsulları istehsalçısı nizamnamə kapitalını artırır

Azərbaycanın qida məhsulları istehsalçısı nizamnamə kapitalını artırır Söhbət "Səba" ASC-dən gedir
ASK
31 Mart , 2017 08:58
Azərbaycanın qida məhsulları istehsalçısı nizamnamə kapitalını artırır

Bakı. 31 mart. REPORT.AZ/ Mayın 15-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin nizamnamə kapitalının əlavə səhm emissiyası yolu ilə artırılması, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə baxılması, nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul edilməsi barədə, səhmdar cəmiyyətinin 2016-cı il üçün illik (maliyyə) hesabatlarının dinlənilməsi, səhmdarlara ödəniləcək dividentlərin müzakirə edilməsi, kənar auditorun seçilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanmasına dair ümumi yığıncağın razılığının alınması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 4 790 592 manatdır. "SƏBA" ticarət nişanı "Dəvəçi Broyler" ASC, "Biləsuvar Aqro", "Qarabağ Taxıl", “Baku Food Company” və “Dəvəçi Broyler Dərin Emal” MMC-ləri birləşdirir.

Son xəbərlər

Orphus sistemi