Bu ilin yanvar-iyul aylarında Azərbaycan 71,59 milyon ABŞ dolları dəyərində 53,3 min ton pambıq lifi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 milyon ABŞ dolları (13,9%) az və 5,4 min ton (9,3%) azdır.
Hesabat dövründə pambıq lifi ixracı Azərbaycanın ümumi ixracının 0,78%-ni təşkil edib.