Azərbaycanın kənd təsərrüfatı nazirinin müvani FAO-nun Regional Konfransının sədr müavini seçilib

Azərbaycanın kənd təsərrüfatı nazirinin müvani FAO-nun Regional Konfransının sədr müavini seçilib Azərbaycan nümayəndə heyəti FAO-nun baş direktoru ilə görüşüb
ASK
6 May , 2016 14:59
Azərbaycanın kənd təsərrüfatı nazirinin müvani FAO-nun Regional Konfransının sədr müavini seçilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı nazirinin müvani İlham Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Antalyada (Türkiyə) keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak etmək məqsədilə Türkiyəyə səfər edib. 

Bu barədə "Report"a KTN-in mətbuat xidmətindən bildirilib. 

"Regional Konfrans - FAO-nun Avropa və Mərkəzi Asiya üzrə ali rəhbər orqanı hesab olunur və toplantısı iki ildən bir keçirilir. Konfransın gündəliyinə FAO-nun Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki il üzrə əsas fəaliyyət istiqamətləri, prioritetlərin müəyyən edilməsi, 2016-2017-ci illər üzrə İş Proqramı və büdcə layihəsinin müzakirə edilməsi, həmçinin FAO-nun region üzrə təmərküzləşmə siyasəti (ölkə ofisləri) üzrə debatların aparılması daxil edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İ.Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilib. 

İ.Quliyev konfrans çərçivəsində keçirilmiş “Davamlı inkişaf məqsədləri və onların Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına təsiri” və “2016-cı il Beynəlxalq paxlalı bitkilər İli zəminində Avropa və Mərkəzi Asiyada balanslaşdırılmış qidalanma və sağlam ərzaq sistemlərinin yaxşılaşdırılmasında paxlalı bitkilərin rolu” mövzularında nazirlərin dəyirmi masa görüşündə mövzu ilə əlaqədar çıxış edib.

Həmçinin, səfər zamanı Azərbaycan nümayəndə heyəti FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdə İ.Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb. J.Q.Silva FAO ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübənin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi