Yuxarı

Azərbaycanın kənd təsərrüfatı naziri Türkiyəyə gedib

Nazir beynəlxalq bağçılıq sərgisində iştirak edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çeliyin dəvəti ilə Antalyada keçirilən "EXPO 2016" beynəlxalq bağçılıq sərgisində iştirak etmək məqsədi ilə Türkiyəyə səfərə gedib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, səfər çərçivəsində F.Çelik də daxil olmaqla, sərgidə iştirak edəcək digər dövlətlərin kənd təsərrüfatı nazirləri ilə görüşlərin keçirilməsi, Azərbaycanla mümkün əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də Türkiyənin aqrar sahədə potensialı ilə yaxından tanış olmaq nəzərdə tutulur.

Qeyd edək ki, bu sərgidə Azərbaycan pavilyonu 2.000 kv. metrə yaxın sahəni əhatə edir. Sərgi aprelin 23-dək davam edəcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi