Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək Səfər çərçivəsində iki ölkənin iş adamları arasında işgüzar görüş keçiriləcək
ASK
20 May , 2016 17:47
Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti may ayının 22-25-də Macarıstana səfər edəcək.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının, investisiya mühiti və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi edilməsidir.

Səfər çərçivəsində nümayəndə heyəti Macarıstan Kənd Təsərrüfatı Nazirliyində Macarıstan-Azərbaycan kənd təsərrüfatı üzrə biznes görüşdə iştirak edəcək. Macarıstanın kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən atçılıq, quşçuluq, toxumçuluq, kənd təsərrüfatı texnikası, süd, şərab, yem istehsalı üzrə ixtisaslaşan şirkətlərin təcrübəsi ilə tanış olacaq, bu ölkənin fermerlərinin istehsal etdiyi məhsullara baxış keçirəcək.

Eyni zamanda, Azərbaycan və Macarıstanın iş adamları arasında işgüzar görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi