Azərbaycanın kənd təsərrüfatı naziri Fransaya səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Fransaya səfər edəcək Heydər Əsədov Parisdə keçiriləcək beynəlxalq sərgi və konfransda iştirak edəcək
ASK
18 Fevral , 2015 18:04
Azərbaycanın kənd təsərrüfatı naziri Fransaya səfər edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Parisə (Fransa) işgüzar səfərə gedəcək.

"Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti Parisdə keçiriləcək 52-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində və sərgi çərçivəsində “İqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı” mövzusunda təşkil olunacaq konfransda iştirak etmək məqsədilə fevralın 19-22-dək Fransada olacaq.

Qeyd edək ki, səfər zamanı H.Əsədovun Parisdə yerləşən kənd təsərrüfatı üzrə müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi