Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun yeni nümayəndəsi ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun yeni nümayəndəsi ilə görüşüb Danışıqlarda beynəlxalq təşkilatla əməkdaşlıq əlaqələri müzakirə edilib
ASK
22 Aprel , 2015 14:45
Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun yeni nümayəndəsi ilə görüşüb

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycana yeni təyin olunan nümayəndəsi Mustafa İmiri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, M.İmiri ilə görüşdə H.Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini bildirib.

Nazir bildirib ki, Azərbaycan 1995-ci ildə FAO-nun üzvü olub və hazırda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının marketinqi, çəyirtkələrə qarşı mübarizənin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, toxum sektorunun inkişafı, kənd əhalisinin yaşayışının yaxşılaşdırılması, heyvan sağlamlığı və heyvandarlıqda damazlıq işinin təşkili kimi bir çox sahələrdə FAO-nun texniki yardımından faydalanır.

M.İmiri Azərbaycanda təcrübəsini və bacarıqlarını tətbiq etməyə hazır olduğunu, ölkənin ərzaq, kənd təsərrüfatı və təbii ehtiyatlar sahəsində böyük nailiyyətlərə və potensiala malik ölkə olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi