Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb

Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb Çay idxalında illik 3 dəfə artım qeydə alınıb
ASK
17 May , 2016 13:14
Azərbaycanın idxalında yeyinti məhsullarının payı artıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı illik müqayisədə 3,02% azalaraq 2016-cı ilin yanvar-aprel ayları ərzində 400 147,72 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 8,03% artaraq 8 225,53 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 2,1 dəfə artaraq 19 669,66 min dollar, meyvə-tərəvəz 2 dəfədən çox artaraq 58 066,62 min dollar, çay 3 dəfə artaraq 11 392,82 min dollara çatıb. Bu müddətdə süd idxalı 12,17% azalaraq 2 115,33 min dollar, buğda idxalı isə 46,39% azalaraq 93 415,63 min dollar olub.

Cari ilin ilk 4 ayı ərzində Azərbaycanın cəmi idxalının 15,42%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə cəmi idxalda yeyinti məhsullarının payı 11,95% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi