Azərbaycanın FAO ilə birgə həyata keçirdiyi layihənin nəticələri təqdim olunub

Azərbaycanın FAO ilə birgə həyata keçirdiyi layihənin nəticələri təqdim olunub Layihə təkmilləşdirilmiş dəyər zənciri üzrə fəaliyyətin əlaqələndirilməsi üçün bacarıqların artırılması və institusional inkişafı nəzərdə tutur
ASK
5 Noyabr , 2015 18:09
Azərbaycanın FAO ilə birgə həyata keçirdiyi layihənin nəticələri təqdim olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi "Təkmilləşdirilmiş dəyər zənciri üzrə fəaliyyətlərin əlaqələndirilməsi üçün bacarıqların artırılması və institusional inkişaf Layihəsi"nin yekun nəticələrinin təqdimatı keçirilib. "Report" xəbər verir ki, təqdimat zamanı layihənin əsas nəticələri barədə məlumatlar, o cümlədən layihə çərçivəsində yaradılmış kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazası, “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni və “Kənd təsərrüfatı məhsullarının satış kanallarının strukturu üzrə marketinq tədqiqatı”nın nəticələri ictimaiyyətə təqdim olunub.

Son iki il ərzində həyata keçirilmiş layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsi üzrə dəyər zəncirlərinin inkişaf etdirilməsi və kiçik və orta həcmli aqro-biznes təsərrüfatlarının inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha səmərəli xidmətlərin göstərilməsinə töhfə verməkdən ibarət olub.

FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir layihənin əsas komponentləindən biri olan kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazasının yaradılmasının və bütün tərəfdaşlar tərəfindən bazar haqda məlumatlara çıxışın əldə edilməsinin ərzaq təchizatı və yeni bazarlara çıxışın təmin edilməsinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi