Yuxarı
    Bağlamaq

    Azərbaycanın Dünya Bankı ilə tərəfdaşlığının 25 illiyi münasibəti ilə tədbirlər keçiriləcək

    © Agro.gov.az

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə görüşüb. 

    Bu barədə “Report”a Kənd Təsərrüfat Nazirliyindən bildirilib.

    Məlumatda deyilir ki, görüşdə əsas məqsəd Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq haqqında müzakirələrin aparılması olub. H.Əsədov Dünya Bankı ilə uzun müddətdir ki, əməkdaşlıq edildiyini, bir çox layihələrin artıq yekunlaşaraq yüksək nəticələr verdiyini, Quba rayonunda Fermer Evinin özünü doğrultduğunu, hazırda 2 layihənin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O həmçinin bildirib ki, Azərbaycanda Kənd İnvestisiya Layihəsi çərçivəsində 2 min kiçik layihə icra olunub. Layihənin uğurları bu ilin oktyabrında Dünya Bankının Vaşinqtonda (ABŞ) keçirilmiş 17-ci İllik İclasında müzakirə olunub və yüksək dəyərləndirilib.

    Nazirin sözlərinə görə, digər bir layihəni - Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bruselyoza qarşı aparılmış tədbirlər planını isə Çikaqoda (ABŞ) "Bruselyoza qarşı mübarizə” üzrə Beynəlxalq Cəmiyyət yüksək dəyərləndirib və bu təhlükəli xəstəliyin mövcud olduğu digər ölkələrdə də analoji üsulun seçilməsi tövsiyə olunub. 

    N.H.Naqvi sentyabr ayında keçirilmiş Dünya Bankı ilə tərəfdaşlığın 25-ci ildönümünə həsr olunmuş tədbiri xatırladaraq 2 tədbirin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Həmin tədbirlərdən biri 2018-ci ilin əvvəlində Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Digər tədbir isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində aralıq missiya ilə qarşıda duran vəzifələrin müzakirələrinin başlaması olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi