Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı xərcləri cüzi artırılıb

Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı xərcləri cüzi artırılıb Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən kənd təsərrüfatı üzrə xərclər 997,323 milyon manat səviyyəsində müəyyən edilib.
ASK
20 İyun , 2022 13:48
Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı xərcləri cüzi artırılıb

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən kənd təsərrüfatı üzrə xərclər 997,323 milyon manat səviyyəsində müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.

Bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 18 min manat və ya 0,002 % çoxdur.

Bu xərclərin 477,484 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47,535 milyon manatı baytarlığa, 459,94 milyon manatı meliorasiyaya, 12,364 milyon manatı kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üzrə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi