Azərbaycanın daha 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycanın daha 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək Söhbət “Ağcabədi-Pambıq”, “Ucar-Pambıq”, “Göyçay-Pambıq”, “Yevlax-Pambıq” və “Bərdə-Pambıq” ASC-lərdən gedir
ASK
17 Mart , 2017 09:13
Azərbaycanın daha 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 5 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Ağcabədi-Pambıq”, “Ucar-Pambıq”, “Göyçay-Pambıq”, “Yevlax-Pambıq” və “Bərdə-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Ağcabədi-Pambıq” 19 may saat 10:00 Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 257 2000 1 984 318 manat
2 “Ucar-Pambıq” 19 may saat 15:00 Ucar şəhəri, Heydər Əliyev küçəsi, 47 1999 1 800 162 manat
3 “Göyçay-Pambıq” 25 may saat 11:00 Göyçay şəhəri, Əfəndiyev küçəsi, 4 1999 55 256 manat
4 “Yevlax-Pambıq” 25 may saat 14:30 Yevlax şəhəri, Pişəvəri küçəsi, 1 1999 3 004 008 manat
5 “Bərdə-Pambıq” 25 may saat 17:00 Bərdə şəhəri, Nizami küçəsi, 75 1999 1 011 080 manat

Son xəbərlər

Orphus sistemi