Azərbaycanın aparıcı şərabçılıq müəssisəsi xalis mənfəətini 4 dəfə artırıb

Azərbaycanın aparıcı şərabçılıq müəssisəsi xalis mənfəətini 4 dəfə artırıb “Bakı Şərab-1” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,676 milyon manat təşkil edib.
ASK
20 Aprel , 2019 17:30
Azərbaycanın aparıcı şərabçılıq müəssisəsi xalis mənfəətini 4 dəfə artırıb

“Bakı Şərab-1” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 3,676 milyon manat təşkil edib.

“Report” müəssisənin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,8% çoxdur.

2018-ci ildə “Bakı Şərab-1”in cəmi öhdəlikləri 32,9% artaraq 1,087 milyon manata, cəmi kapitalı isə 7,3% artaraq 2,589 milyon manata çatıb.

Müəssisə ötən ili 227 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 3,5 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi