Azərbaycanın aparıcı şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın aparıcı şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək Söhbət “Bakı Şərab-1” ASC-dən gedir
ASK
12 May , 2017 09:07
Azərbaycanın aparıcı şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ İyunun 30-da, saat 11:00-da “Bakı Şərab-1” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib. 

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmır. 

Xatırladaq ki, “Bakı Şərab-1” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 311 790 manatdır. 

Son xəbərlər

Orphus sistemi