Azərbaycanın 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycanın 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək Söhbət “Biləsuvar-Pambıq”, “Neftçala-Pambıq”, “Salyan-Pambıq”, “Sabirabad-Pambıq” və “Saatlı-Pambıq” ASC-lərdən gedir
ASK
159
15 Mart , 2017 09:19
Azərbaycanın 5 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan 5 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Biləsuvar-Pambıq”, “Neftçala-Pambıq”, “Salyan-Pambıq”, “Sabirabad-Pambıq” və “Saatlı-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

ASC-nin adı Yığıncağın keçiriləcəyi vaxt Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Biləsuvar-Pambıq” 4 may saat 12:30 Biləsuvar rayonu, Səməd Vurğun küçəsi, 1 2000 2477524 manat
2 “Neftçala-Pambıq” 5 may saat 10:30 Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi 1999 3527830 manat
3 “Salyan-Pambıq” 5 may saat 12:30 Salyan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 4 2000 2133036 manat
4 “Sabirabad-Pambıq” 11 may saat 10:30 Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 2 2000 1998530 manat
5 “Saatlı-Pambıq” 11 may saat 12:30 Saatlı rayonu, Sarıcalar kəndi 2000 3466328 manat

Son xəbərlər

Orphus sistemi