Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək

Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək “Aqrolizinq” bu məqsədlə açıq tender elan edib
ASK
29 İyul , 2017 12:23
Azərbaycanın 10 rayonunda pambıq tədarükü məntəqələri tikiləcək

Bakı. 29 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarında pambıq tədarükü məntəqələrinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üzrə iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 7-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 15-nə qədər “Aqrolizinq”in Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Ruslan Hüseynovdur. Telefon: (012) 452 66 94, (051) 255 92 42, E-poçt: [email protected]

Təkliflərə sentyabrın 18-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi