Yuxarı

Azərbaycandan Rusiyaya quş əti və südün tədarükü bərpa oluna bilər

Rosselxoznadzor dekabr ayının əvvəlində yoxlamalar aparacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiya Rosselxoznadzoru 2014-cü ilin  sonuna qədər Azərbaycandan quş əti, süd və balıq məhsullarının tədarük məsələsini həll edə bilər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurum rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib. 

Dekabr ayının əvvəlində Rosselxoznadzor Azərbaycanın quş əti, süd və balıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin informasiya yoxlamasını aparmağı planlaşdırır. "Əgər təftiş zamanı heç bir problem yaşanmazsa, onda ilin sonuna qədər Azərbaycandan məhsulların idxal məsələsini həll edə bilərik", - deyə, Alekseyenko vurğulayıb. 

Rosselxoznadzorun saytındakı məlumata əsasən, Azərbaycanın dörd müəssisəsi RF-yə balıq və dəniz məhsullarınа tədarük hüququna malikdir. Lakin RF Federal Gömrük Xidmətinin məlumatlarına görə, 2013-cü ildə Azərbaycan Rusiyaya balıq, balıq və ya dəniz məhsulları idxal etməyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi