Ev göyərçinlərinin Azərbaycandan Rusiya ərazisinə keçirilməsinin qarşısı alınıb

Ev göyərçinlərinin Azərbaycandan Rusiya ərazisinə keçirilməsinin qarşısı alınıb Bakı. 22 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Azərbaycanla sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsində Azərbaycandan gələn və içərisində 49 göyərçin olan avtomobil saxlanılıb.
ASK
22 Fevral , 2019 12:57
Ev göyərçinlərinin Azərbaycandan Rusiya ərazisinə keçirilməsinin qarşısı alınıb

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının Azərbaycanla sərhədindəki "Yaraq-Qazmalar" buraxılış məntəqəsində Azərbaycandan gələn və içərisində 49 göyərçin olan avtomobil saxlanılıb.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli baytarlıq idarəsindəki mənbəyə görə, göyərçinlər karton qutularda olub, sahibləri tərəfindən ev quşları ilə bağlı baytarlıq sertifikatı, həmçinin sağlam olduqlarını və qanuni yolla əldə edildiklərini təsdiqləyən hər hansı başqa sənəd təqdim olunmayıb. Avtomobilin sürücüsü həmin quşları Dağıstanda yaşayan bir dostu üçün gətirdiyini bildirib.

Bununla əlaqədar olaraq quşların xəstəliklərinin həm heyvanlar, həm də insanlar üçün təhlükəli olduğu nəzərə alınaraq, yoluxucu xəstəliklərin mümkün yayılmasının qarşısını almaq üçün göyərçinlərin Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub. Sahibləri barəsində mövcud sanitariya-baytarlıq qaydalarının pozulmasına dair akt tərtib edilib.

Son xəbərlər

Orphus sistemi