Azərbaycanda yazlıq bitkilərin əkin sahəsi 3% artıb

Azərbaycanda yazlıq bitkilərin əkin sahəsi 3% artıb Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar
ASK
14 İyul , 2016 15:22
Azərbaycanda yazlıq bitkilərin əkin sahəsi 3% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatında yaz tarla işləri başa çatıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu ilin iyun ayının 24-nə 371,9 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb, o cümlədən 24,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 37,0 min hektar sahədə qarğıdalı (ondan 35,0 min hektarı dən üçün), 62,1 min hektar sahədə kartof, 73,1 min hektar sahədə tərəvəz, 26,2 min hektar sahədə bostan bitkiləri, 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün, 73,5 min hektar sahədə çoxillik otlar, 2,2 min hektar sahədə birillik otlar, 165 hektar sahədə yemlik kökümeyvəlilər və 3,8 min hektar sahədə s. bitkilər əkilib. 

2015-ci ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 2,7% artıb.

Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2089,8 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər toplanıb.

Yığım başlanandan tarlalardan 312,3 min ton (23,6 min ton çox) kartof, 395,7 min ton (12,8 min ton çox) tərəvəz, 43,1 min ton (5,7 min ton çox) bostan məhsulları, 110,0 ton (33,5 ton çox) tütün, 95,4 min ton (2,2 min ton çox) meyvə və giləmeyvə, 507,8 ton (234,4 ton çox) yaşıl çay yarpağı yığılıb. 

Son xəbərlər

Orphus sistemi