Azərbaycanda yarım milyon hektar taxıl sahəsi biçilib

Azərbaycanda yarım milyon hektar taxıl sahəsi biçilib Azərbaycanda taxıl zəmilərinin 49,1%-də biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496 412,6 hektar biçilmiş sahədən 1 566 798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
ASK
24 iyun 2020 09:36
Azərbaycanda yarım milyon hektar taxıl sahəsi biçilib

Azərbaycanda taxıl zəmilərinin 49,1%-də biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496 412,6 hektar biçilmiş sahədən 1 566 798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

 Bu barədə "Report"a Kənd Təsərrüfat Nazirliyindən bildirilib. 

Arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, indiyədək 289 695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880 080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206 717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686 718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1 694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

Son xəbərlər

Orphus sistemi