​Azərbaycanda xidmət tarifləri bahalaşıb

​Azərbaycanda xidmət tarifləri bahalaşıb Dekabrda kartof və soğanın qiymətində bahalaşma müşahidə olunub
ASK
12 Yanvar , 2015 18:05
​Azərbaycanda xidmət tarifləri bahalaşıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5% bahalaşıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Ay ərzində çovdar və qarışıq undan çörək, mal və qoyun əti, günəbaxan yağı, müxtəlif içli şokoladlı konfetlər, banan, limon, naringi, portağal, göyərti və kələmin qiymətlərində ucuzlaşma, buğda unu, düyü, qarabaşaq yarması, kərə və zeytun yağı, süfrə duzu, şəkər, süd, yumurta, alma, armud, nar, şabalıd, kartof, soğan, sarımsaq və şirin bibərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində ölkədən kənara dəmir yolu və hava nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi