Yuxarı
    Bağlamaq

    Azərbaycanda toxumçuluğun inkişafına 12 milyon manat ayrılıb

    Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

    Bakı. 4 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənəd ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədi daşıyır. 

    Sərəncama əsasən, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 12 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi