Azərbaycandakı taxıl sahələrinin 33,5%-də biçin başa çatıb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, biçilmiş 338 188 hektar sahədən 1 053 514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369 304 hektar arpa sahəsinin 256 695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762 932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.
Biçin prosesində 1 644 kombayn iştirak edir. Bunlardan 581-i "Aqrolizinq" ASC-nin biçin gedən rayonlardakı aqriservislərinin balansında olan kombaynlarıdır. Qurum digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib.