Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiya veriləcək

Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiya veriləcək Prezident İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb
ASK
19 Avqust , 2015 18:51
Azərbaycanda süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiya veriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi