Yuxarı
    Bağlamaq

    Azərbaycanda siqaret istehsalı kəskin azalıb

    İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalı 15% artıb, papiros və siqaret istehsalı isə 78% azalıb

    Bakı. 27 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10 692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

    "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb. 

    Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi