Azərbaycanda "Səyyar dəniz balıq ovu" ləğv edilir

Azərbaycanda "Səyyar dəniz balıq ovu" ləğv edilir Bununla bağlı gələn ayın sonuncu iclas keçiriləcək
ASK
25 Noyabr , 2015 14:48
Azərbaycanda Səyyar dəniz balıq ovu ləğv edilir

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın "Səyyar balıq dəniz ovu" ASC ləğv edilir.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı dekabrın 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin inzibati binasında ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Yığıncaqda "Səyyar dəniz balıq ovu" ASC-nin ləğv olunması və təsviyyəçinin təyini ilə əlaqədar məsələyə baxılacaq.

Qeyd edək ki, "Səyyar dəniz ovu" ASC 2001-ci il sentyabrın 28-də dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi