Azərbaycanda şərab istehsalı üzrə kiçik təsərrüfatlar birləşib

Azərbaycanda şərab istehsalı üzrə kiçik təsərrüfatlar birləşib Avropa İttifaqının (Aİ) Azərbaycanda maliyyələşdirdiyi kənd təsərrüfatının inkişafına dəstək verən layihələrdən biri “Slow Food” layihəsidir
ASK
7 May , 2021 17:04
Azərbaycanda şərab istehsalı üzrə kiçik təsərrüfatlar birləşib

Avropa İttifaqının (Aİ) Azərbaycanda maliyyələşdirdiyi kənd təsərrüfatının inkişafına dəstək verən layihələrdən biri “Slow Food” layihəsidir. Bu layihənin kompenentlərindən biri şərab istehsalıdır. Layihə ötən ilin sonunda başlayıb və 2021-ci ilin noyabr ayında başa çatacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstəyi layihəsi olan “Kəndimiz” kampaniyası çərçivəsində keçiriləcək təqdimatda bildirilib.

Təqdimatda həmçinin deyilib ki, “Slow Food”un əsas pilot regionu Şamaxıdır və orada Azərbaycanın tarixi, qədim üzüm növlərindən olan mədrəsə üzümü yetişdirilir, həm sənaye səviyyəsində , həm də icmalar səviyyəsində üzümdən şərab hazırlanması prosesi gedir: “5-7 istehsalçı arasında “Slow Food” Komitəsi qurulub. Onlar arasında deklarasiya və protokolların yekunlaşması işləri aparılır. Beynəlxalq ekspertlərimiz iyun ayında gələcəklər. Şərabın düzgün və gigiyenik qaydada doldurulması və etiket qaydalarının “Slow Food” un təklif etdiyi qaydada istehsalı istiqamətində hazırda iş aparılır. İstehsalçılara avadanlıq və satış stendi qurulması ilə bağlı dəstək olacaq”.

O da qeyd olunub ki, "Slow Food” səyahət konsepsiyası olmalıdır: “Şamaxının hər hansı bir turistik yerlərində onların stendlərinin qurulması ilə bağlı yayda dəstək göstəriləcək. Beş pilot regiondan birincə yerləşən böyük imkanı olan sənaye zavodunda şərabların butulkalara doldurulma prosesinə dəstək olması üçün hazırda danışıqlar aparılır. Hüquqi tərəflərinin tənzimlənməsi ilə bağlı tərəfi həll edilməyib. Ümid edirik ki, məsələ iyunda beynəlxalq ekspertlərin gəlişi ilə yekunlaşar”.

Son xəbərlər

Orphus sistemi