​Azərbaycanda sement istehsalı artıb

​Azərbaycanda sement istehsalı artıb İlk beş ayda tikinti materialları sənayesində 172,5 mln. manat həcmində məhsul istehsal olunub
ASK
14 İyun , 2015 14:54
​Azərbaycanda sement istehsalı artıb

Bakı. 14 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində tikinti materialları sənayesi sahəsində istehsal edilmiş məhsulların həcmi 17,6% artaraq 172,5 mln. manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ilk beş ayda ölkədə 1 196,3 min ton sement istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% çoxdur.

Bundan başqa, hesabat dövründə ölkədə tikinti gipsi istehsalı illik 3,4% artaraq 77,2 min tona, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar 3,5 dəfə artaraq 5 103,5 tona çatıb. Bu müddətdə asfalt, betondan yığma tikinti konstruksiya və tikinti kərpici istehsalında isə azalma müşahidə olunub. Asfalt istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 31% azalaraq 94,8 min ton, betondan yığma tikinti konstruksiyalar 51,4% azalaraq 6,8 min kubmetr, tikinti kərpici 6,8% azalaraq 96 min kubmetr təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,7% artaraq 1 0840,7 mln manat təşkil edib. Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4%-lik, neft sektorunda isə 1,4%-lik artım qeydə alınıb. Sənaye məhsulunun 63,5%i mədənçıxarma, 28,0%-i emal, 7,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Son xəbərlər

Orphus sistemi