​Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinin bu ilin sonunda başa çatması gözlənilir

​Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinin bu ilin sonunda başa çatması gözlənilir Nazir müavini: "Hesab edirəm ki, ilin sonunda nəticə əldə olunacaq"
ASK
29 Avqust , 2015 12:14
​Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinin bu ilin sonunda başa çatması gözlənilir

Bakı. 29 avqust. REPORT.AZ/ "Azərbaycanda son dövrlər kənd təsərrüfatı sahəsində ciddi dönüşlər yaranıb. Hazırda regionların kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması işləri aparılır. Hesab edirəm ki, ilin sonunda nəticə əldə olunacaq".

Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. 

Onun sözlərinə görə, ixtisaslaşma olmadan kənd təsərrüfatında müəyyən nailiyyətlər də əldə etmək çətindir: "Elə region var ki, orda taxıl əkmək sərfəli deyil, onun əvəzinə subtropik bitkilər əkilsə, daha çox effekt verər və gəlir gətirər. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi ixtisaslaşma ilə ciddi məşğuldur". 

Son xəbərlər

Orphus sistemi