Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayıb

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayıb Monitorinqin nəticələri mayın 13-də ictimaiyyətə açıqlanacaq
ASK
2 May , 2016 16:44
Azərbaycanda quş qripi ilə bağlı növbəti monitorinq başlayıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) "quş qripi" ilə bağlı ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Mayın 2-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib. Bu barədə DBNX-dən "Report"a daxil olan məlumatda bildirilib.

Monitorinq Dövlət Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 13-də ictimaiyyət üçün açıqlanacaq.

"Hazırda "quş qripi" və digər xəstəliklərə  görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir", - deyə DBNX-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi