Yuxarı
    Bağlamaq

    Azərbaycanda “quş qripi” ilə bağlı aparılan monitorinqin nəticləri açıqlanıb

    Götürülən nümunələrin heç birində xəstəliyinin törədicisi tapılmayıb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda "quş qripi" ilə bağlı aparılan müayinələr başa çatıb və nəticələri açıqlanıb. 

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) "Report"a bildirilib ki, xəstəliyin aşkar edilməsi üçün götürülən nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkar edilməyib. 

    "Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib" - DBNX-nın məlumatında qeyd edilib. 

    DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.

    Xatırladaq ki, noyabrın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

    “Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 753 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. 

    Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə Azərbaycanda epizootik vəziyyət sabitdir, DBNX qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi